İşığın mükəmməl quruluşu

“Günəşdən yayılan şüaların, Yer üzündə həyatın mövcudluğunu dəstəkləmək üçün lazım gələn çox kiçik intervala yerləşdirilmiş olması, həqiqətən, çox fövqəladə haldır”. (İngilis fiziki Yan Kempbel)

Yaşadığımız həyat boyu ən çox gördüyümüz göy cismi Günəşdir. Gündüzləri nə vaxt başımızı qaldırıb göyə baxsaq, onun göz qamaşdıran işığı ilə qarşılaşarıq. Biri gəlib bizdən: "Günəş nə işə yarayır" deyə soruşsa isə çox düşünmədən bu cavabı verərik: Günəş bizə istilik və işıq verir. Bu cavab bir qədər səthi də olsa doğrudur.


Əlbəttə ki, Günəşin bizə istilik və işıq verməsi təsadüfi və məqsədsiz bir hadisə deyil. Günəş yer üzündə canlıların meydana gələ bilməsi üçün xüsusi olaraq yaradılmışdır. Bu göydəki alov topu bizim ehtiyaclarımıza uyğun şəkildə yaradılan nəhəng bir "lampa"dır.
Son illərdəki elmi kəşflər Günəş şüasının heyranedici quruluşa sahib olduğunu göstərir.

 

 

Düzgün seçilmiş dalğa uzunluğu
Həm işıq, həm də istilik elektromaqnit şüalar kimi tanınan enerjinin müxtəlif formalarıdır. Elektromaqnit şüaların bütün müxtəlif formaları, kosmosda enerji dalğaları halında hərəkət edər. Bu, bir gölün üzərinə atılan daşların yaratdığı dalğalara bənzədilə bilər. Necə ki, bir göldəki dalğaların müxtəlif uzunluqları olursa, elektromaqnit şüaların da müxtəlif uzunluqları olur.


Lakin elektromaqnit şüaların dalğa uzunluqları arasında çox böyük fərqlər var. Bəzi dalğa uzunluqlarının ölçüsü kilometrlərlə ola bilər. Başqa dalğa uzunluqlarının ölçüsü isə bir santimetrin trilyonda bir hissəsindən daha kiçikdir. Elm adamları bu müxtəlif dalğa uzunluqlarını növlərə ayırırlar. Məsələn, santimetrin trilyonda bir hissəsi qədər kiçik dalğa uzunluqlarına sahib şüalar qamma şüaları kimi tanınır. Bunlar çox yüksək enerji daşıyırlar. Dalğa uzunluqları kilometrlərlə olan şüaları isə "radio dalğalar" adlandırırıq və bunlar çox zəif enerjiyə malik olurlar. Buna görə də, qamma şüaları bizim üçün öldürücü olduğu halda, radio dalğalarının bizə heç bir təsiri olmaz.


Burada diqqət yetirilməli xüsus dalğa uzunluqlarının fövqəladə dərəcədə geniş intervalda paylanmış olmasıdır. Ən qısa dalğa uzunluğu, ən uzun dalğa uzunluğundan düz 1025 qat daha kiçikdir. 1025 1 rəqəminin yanına 25 ədəd sıfır yazıldıqda alınan bir ədəddir. 10.000.000.000. 000.000.000.000.000  şəklində yaza biləcəyimiz bu ədədin böyüklüyünü daha yaxşı qavramaq üçün bəzi müqayisələr aparmaq yerində olar. Məsələn, Yerin dörd milyard illik ömrü boyu keçən saniyələrin ümumi sayı sadəcə 1017-dir. Əgər 1025-ə dək saymaq istəsək, gecə-gündüz heç dayanmadan saymalı və bu işi Yerin yaşından 100 milyon dəfə daha uzun müddət ərzində davam etdirməli olarıq! Əgər 1025 ədəd oyun kartını üst-üstə düzməyə çalışsaq Süd Yolu qalaktikasının çox kənarına çıxmalı və müşahidə oluna bilən kainatın təxminən yarısı qədər məsafə qət etməli olarıq.


Kainatdakı müxtəlif dalğa uzunluqları məhz bu qədər geniş intervalda paylanmışdır. Lakin maraqlı budur ki, Günəşimiz, bu geniş spektrin çox kiçik intervalına sıxışdırılmışdır. Günəşdən yayılan müxtəlif dalğa uzunluqlarının 70%-i 0,3 mikronla 1,50 mikron arasındakı kiçik bir intervalda yerləşir. Bu intervalda üç növ şüa var: Görünən şüalar, yaxın infraqırmızı şüalar və bir qədər də yaxın ultrabənövşəyi şüalar.


Bu üç növ şüa sayca çox kimi görünə bilər. Lakin, əslində, hamısı birlikdə elektromaqnit şüalar intervalında təkcə bir vahid yer tutur! Digər bir sözlə Günəşdən yayılan bütün şüalar üst-üstə düzdüyümüz 1025 ədəd oyun kartının təkcə birinə uyğun gəlir.
Bəs görəsən niyə Günəş şüaları bu kiçik intervala sıxışdırılmışdır?


Cavab son dərəcə əhəmiyyətlidir: Günəş şüaları bu kiçik intervala sıxışdırılmışdır, çünki Yer üzündəki həyatı mümkün edən şərait yaradacaq şüalar yalnız bu şüalardır.
İngilis fiziki Yan Kempbel “Enerji və atmosfer” (“Energy And The Atmosphere”) adlı kitabında bu mövzuya toxunur və "Günəşdən yayılan şüaların, Yer üzündə həyatın mövcudluğunu dəstəkləmək üçün lazım gələn çox kiçik intervala yerləşdirilmiş olması, həqiqətən, çox fövqəladə haldır" deyir. Kempbelə görə, bu vəziyyət: "inanılmaz dərəcədə təəccüblüdür".

İndi isə işığın bu "inanılmaz dərəcədə heyrətamiz" quruluşunu bir qədər daha yaxından araşdıraq.

 

 

Ultrabənövşəyi şüalardan infraqırmızı şüalara
İşığın 1025 fərqli dalğa uzunluğunda ola biləcəyini qeyd etdik. Bu dalğa uzunluqlarının müxtəlif enerji səviyyələrinə malik olduğuna da toxunduq. Bu enerji səviyyələrini araşdırdığımızda, müxtəlif dalğa uzunluğundakı şüaların, maddə ilə təmas etdiklərində çox fərqli təsir meydana gətirdiklərini görürük.
Elektromaqnit şüalar intervalının qısa dalğa uzunluğuna sahib şüalarının ortaq xüsusiyyəti, çox yüksək enerji daşımalarıdır. Qamma şüaları, rentgen şüaları və ultrabənövşəyi şüalar kimi tanınan bu şüalar atomlar və ya molekullarla qarşılaşdıqları vaxt yüksək enerjilərindən ötrü onları parçalayarlar. Qarşılarına çıxan maddələri mikro səviyyədə "dəlik-deşik" edərlər.


Eləcə də, daha uzun dalğa uzunluğuna sahib şüalar isə (belə ki, bunlar infraqırmızı şüalardan başlayar və radio dalğalara qədər gedib çıxar) çox az enerji daşıdıqları üçün maddə üzərində mühüm təsir meydana gətirməzlər.


"Maddə üzərində mühüm təsir" dediyimiz şey isə kimyəvi reaksiyalardır. Məlum olduğu kimi kimyəvi reaksiyaların mühüm hissəsi mühitə enerji daxil olması ilə başlayar. Bu lazımi enerji miqdarına "aktivləşmə enerjisi" deyilir. Bu enerji miqdarından daha azı və ya çoxu fayda verməyəcək.


Məhz elektromaqnit şüalar intervalında yerləşən çox fərqli şüaların yalnız çox kiçik hissəsi bu "aktivləşmə enerjisi"nə bərabər enerjiyə malikdir. Dalğa uzunluqları 0,70 mikron ilə 0,40 mikron arasında dəyişən bu şüaların hansı şüalar olduğunu bilmək istəsəniz bir qədər başınızı qaldırıb ətrafı seyr edə bilərsiniz. Çünki bu şüalar hal-hazırda gördüyünüz "görünən şüalar"dır. Bu şüaların təsiriylə gözünüzdə kimyəvi reaksiyalar baş verir və məhz bu sayədə görürsünüz.


"Görünən şüalar" kimi adlandırılan bu şüalar, elektromaqnit şüalar intervalının 1025-də 1-indən belə daha kiçik intervalda yerləşmələrinə baxmayaraq, Günəş şüalarının 41%-ni təşkil edirlər. Tanınmış fizioterapevt Uold Corc “Scientific American” jurnalında dərc olunan “Həyat və işıq” ("life and light") adlı məşhur bir məqaləsində bu mövzundan bəhs etmiş və "biokimyanın enerji ehtiyacı ilə Günəş şüaları arasındakı fövqəladə uyğunluğu" vurğulamışdır. Həqiqətən də, Günəşin bu qədər həyat üçün əlverişli şüalar yayması, mühüm yaradılış dəlilidir.


Bəs Günəşin geridə qalan şüaları hansı xüsusiyyətə malikdir?
Bunu araşdırdığımız vaxt, görünən şüalar istisna olmaqla Günəşin yaydığı yerdə qalan şüaların çox böyük hissəsinin "yaxın infraqırmızı şüalar" adlandırdığımız intervalda yerləşən şüalar olduğunu görərik. Yaxın infraqırmızı şüalar intervalı görünən şüalar intervalının bitdiyi yerdən başlayır və çox kiçik intervalda yerləşir.68 Bu interval da yenə elektromaqnit şüalar intervalının 1025-də 1-indən belə daha kiçik intervaldır.


Görəsən bu yaxın infraqırmızı şüaların nə faydası var? Bu dəfə isə bu şüaların nə fayda verdiyini görmək üçün başınızı qaldırıb ətrafı seyr edə bilməzsiniz, çünki bunlar görülə bilməyən şüalardır. Lakin görə bilmədiyiniz bu şüaları günəşli bir yay və yaz günündə asanlıqla hiss edə bilərsiniz. Çölə çıxıb üzünüzü Günəşə tutun, üzünüzdə hiss edəcəyiniz istilik infraqırmızı şüaların yaratdıqları təsirdir.


İnfraqırmızı şüalar istilik enerjisi daşıyarlar və dolayısilə Yerin isinməsini təmin edərlər. Yəni onlar da həyat üçün ən azı görünən şüalar qədər zəruridirlər. Eləcə də, Günəş tam olaraq bizim üçün lazım olan bu şüaları yaymaq üçün yaradılmışdır: Günəş şüalarının çox böyük hissəsi bu iki növ şüadan ibarətdir.
Bəs görəsən Günəşin geridə qalan şüaları hansılardır? Eyni zamanda bu şüaların bizə bir faydası varmı?


Günəşin yaydığı şüalar arasında ən az yeri tutan üçüncü qrup şüalar "yaxın ultrabənövşəyi" şüalardır. Ultrabənövşəyi şüalar əsasən yüksək enerji daşıyan və dolayısilə həyat üçün zərərli şüalardır. Lakin Günəşin yaydığı ultrabənövşəyi şüalar ultrabənövşəyi şüaların ən "zərərsiz" hissəsində, yəni görünən şüaların düz yanında yerləşən şüalardır. Bu şüalar isə mutasiya və xərçəng kimi zərərli təsirlərinə baxmayaraq, çox mühüm bir incəlikdən ötrü həyat üçün zəruridirlər. Bu kiçik intervaldakı69 ultrabənövşəyi şüalar insanda və digər onurğalı canlılarda D vitamininin sintezi üçün zəruridirlər. D vitamini bədəndəki sümüklərin formalaşması və qidalanması üçün zəruridir. Bundan ötrü də, uzun müddət Günəş şüasından uzaq qalan insanlarda D vitamini çatışmazlığı və buna bağlı olaraq da, sümük xəstəlikləri özünü göstərir.


Bir sözlə, Günəşin yaydığı bütün şüalar, insan həyatı üçün zəruri şüalardır. Günəş şüaları elektromaqnit şüalar intervalında yerləşən 1025 müxtəlif dalğa uzunluğundan yalnız kiçik bir intervala sıxışdırılmışdır və bunlar da, (çox maraqlıdır ki,) tam bizim isinməyimizi, görməyimizi və digər bədən funksiyalarını həyata keçirməyimizi təmin edən şüalardır.


Həyat üçün kitabın əvvəlki fəsillərində bəhs etdiyimiz bütün zəruri şərtlər təmin olunsa belə, təkcə yer səthi 1025-lik ümumi intervalın hər hansı digər intervalında yerləşən şüalara məruz qalsaydı, həyat yenə mövcud ola bilməzdi. İnsanın varlığı üçün 1025-də bir ehtimallıq bu şərtin də təmin olunmasının təsadüf məntiqiylə izah olunması, əlbəttə ki, qeyri-mümkündür.
Eləcə də, bu şüaların digər bir xüsusiyyəti də qeyd edilməlidir: Bu şüalar, eyni zamanda bizi bəsləyirlər də!

 

 

Fotosintez və işıq

Fotosintez, hər kəsin orta məktəb və yuxarı sinif dərslərində öyrəndiyi kimyəvi əməliyyatdır. Lakin əksər insan dərsliklər arasına sığışmış bu mövzunun bizim həyatımız üçün nə qədər mühüm əhəmiyyət daşıdığını görə bilməz.
Əvvəlcə bu yuxarı sinif məlumatlarını xatırlayaq və fotosintezin formuluna baxaq:
6H2O + 6CO2 + Günəş şüası  -->   C6H12O6 + 6O2


Qlükoza
Bu kimyəvi reaksiyada altı su molekulu ilə altı karbon molekulu, Günəş şüasının enerjisi sayəsində birləşir. Ortaya çıxan və qlükoza kimi adlandırdığımız molekul yüksək enerji ehtiva edən quruluşdur və bütün qidaların özülünü təşkil edir.
Bir sözlə, bitkilər fotosintez etdikləri vaxt Günəşdən gələn enerjindən istifadə edərək qida hazırlayarlar. Yer üzündəki yeganə qida istehsalı bitkilərin həyata keçirdiyi bu fövqəladə kimyəvi əməliyyatdır. Digər bütün canlılar bu mənbədən qidalanır. Otyeyən heyvanlar bitkiləri yedikləri vaxt bu Günəş qaynaqlı enerjindən qəbul etmiş olarlar. Ətyeyən heyvanlar isə bitkiləri yemiş otyeyən heyvanları yeməklə, yenə Günəş qaynaqlı enerjini əldə edərlər. Biz insanlar da həm bitkilər, həm də heyvanlar vasitəsilə yenə eyni enerjini alarıq. Bundan ötrü də, yediyimiz hər alma, kartof, şokolad və ya bifşteks, əslində, bizə Günəşdən gələn enerjini verər.


Fotosintezin çox mühüm digər bir nəticəsi daha var. Yuxarıdakı formula diqqət yetirsəniz fotosintezin qlükoza ilə yanaşı, bir də altı oksigen molekulu meydana gətirdiyini görərsiniz. Bitkilər bu yolla heyvanlar və insanlar tərəfindən mütəmadi şəkildə "çirkləndirilən" atmosferi təmizləyərlər. İnsanlar və heyvanlar, atmosferdəki oksigeni yandıraraq enerji əldə etdikləri üçün hər dəfə nəfəs aldıqları vaxt, atmosferdəki oksigen miqdarını bir qədər daha azaldarlar. Lakin bu azalan oksigen miqdarı bitkilər tərəfindən bərpa edilər.


Bir sözlə, fotosintez olmasa bitkilər olmaz, bitkilər olmadıqda isə havyanlar və biz insanlar da olmarıq. Üstünə basdığınız çəmənləri, ağacların və ya salat ləvazimatı etdiyiniz bitkilərin dərinliklərində həyata keçən (və hələ də heç bir laboratoriyada təqlid edilə bilinməyən) bu kimyəvi reaksiya həyatın təməl şərtlərindən biridir.


Mövzunun diqqətçəkici tərəfi isə fotosintezin olduqca planlı və mürəkkəb əməliyyat olmasıdır. Diqqət edirsinizsə, bitkilərin həyata keçirdikləri fotosintez ilə heyvanların və insanların enerji istifadəsi arasında tam tarazlıq var. Bitkilər bizə qlükoza və oksigen verirlər. Biz isə hüceyrələrimizdə qlükozanı oksigenlə birləşdirib "yandırar", beləliklə də, bitkilərin qlukozaya əlavə etdikləri Günəş enerjisini ortaya çıxardıb istifadə edərik. Etdiyimiz şey, əslində, fotosintez əməliyyatını tərsinə çevirməkdir. Bunun nəticəsində tullantı maddəsi olaraq, karbon çıxarar və bunu ağciyərlərimiz vasitəsilə atmosferə buraxarıq. Lakin bu karbon qazı dərhal bitkilər tərəfindən yenidən fotosintez prosesi üçün istifadə edilər. Beləliklə də, bu mükəmməl çevirmə prosesi dayanmadan davam edər.
İndi isə bu əməliyyatın nə qədər mükəmməl uyğunluqla yaradıldığını görə bilmək üçün diqqətimizi əməliyyatdakı faktorlardan təkcə birinin üzərində bir qədər cəmləşdirək: Günəş şüası üzərində.


Günəş şüasının yer üzündəki həyat üçün xüsusi olaraq yaradıldığını bir qədər əvvəl araşdırmışdıq. Görəsən Günəş şüası fotosintez üçün də xüsusi olaraq nizamlanmışdırmı? Yoxsa bitkilər özlərinə nə cür işıq gəlirsə gəlsin, bu işığı dəyərləndirib bunun əsasında fotosintez edə biləcək bacarığamı sahibdirlər?
Amerikalı astronom Corc Qrinşteyn “Simbioz kainat” adlı kitabında bu mövzuda bunları yazır:


“Fotosintezi həyata keçirən molekul xlorofildir... Fotosintez mexanizmi bir xlorofil molekulunun Günəş şüasını udmasıyla başlayır. Lakin bunun həyata keçə bilməsi üçün şüa doğru rəngdə olmalıdır. Yanlış rəngdəki işıq işə yaramayacaq”.
Bu mövzuya nümunə olaraq televizoru göstərə bilərik. Bir televizorun, bir kanalın verilişini tuta bilməsi üçün düzgün yayım tezliyi seçilməlidir. Düzgün tezliyi seçməsiniz ekranda təsviri əldə edə bilməzsiniz. Eyni şey fotosintezə də aiddir. Günəşi televiziya verilişləri yayımlayan stansiya kimi qəbul etsəniz xlorofil molekulunu da televizora bənzədə bilərsiniz. Əgər bu molekul və Günəş bir-birlərinə uyğun şəkildə nizamlanmasalar fotosintez baş verməz. Eləcə də, Günəşə baxdığımız vaxt şüalarının rənginin olması tələb olunan rəngdə olduğunu görərik.


Əvvəlki hissədə "adaptasiya yanılması"na diqqət çəkmiş və bəzi təkamülçülərin: "Yerdə şərait fərqli olsaydı canlılar da buna uyğun şəkildə meydana gələrdi" kimi yanlış fikrə qapıla biləcəklərindən bəhs etmişdik. Bitkilər və fotosintez mövzusunu səthi şəkildə qiymətləndirənlər də bəlkə yenə bu yanlışlığa yol verə bilər və "Günəş şüası daha fərqli olsaydı bitkilər də buna uyğun şəkildə meydana gələrdi" düşüncəsinə qapıla bilərlər. Halbuki bu qətiyyən mümkün deyil. Corc Qrinşteyn bir təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə qəbul edir:


Bəlkə insan burada bir növ adaptasiya baş verdiyini düşünə bilər: Bitkinin həyatının Günəş şüasının xüsusiyyətlərinə uyğunlaşdığını güman edə bilər. Nəticədə, əgər Günəş müxtəlif temperatura malik olsa (və müxtəlif şüa yaysa) xlorofil əvəzinə başqa bir molekul bu şüadan istifadə edəcək şəkildə inkişaf edə bilməz mi?
Aydındır ki, cavab "xeyr"dir. Çünki ən geniş intervallarda belə, bütün fərqli molekullar işığın çox xüsusi bəzi rənglərini uda bilərlər. İşığın udulması əməliyyatı, molekullardakı elektronların yüksək enerji səviyyələrinə olan həssaslıqlarıyla əlaqədardır və hansı molekulu götürsəniz bu əməliyyatı həyata keçirmək üçün lazım gələn enerji eyni olacaq. İşıq fotonlardan təşkil olunur və yanlış enerji səviyyəsində foton, qətiyyən udula bilməz... Bir sözlə, ulduzların fiziki quruluşu ilə molekulların fiziki quruluşu arasında çox yaxşı uyğunlaşma var. Bu uyğunlaşma olmasa həyat qeyri-mümkün olardı.


Qrinşteyn xülasə şəklində bunu söyləyir: “Hər hansısa bitki, işığın yalnız və yalnız çox xüsusi intervalında fotosintez edə bilər. Bu interval isə tam olaraq Günəşin yaydığı işığa uyğun gəlir”.


Qrinşteynin ifadəsiylə desək: "ulduzların fiziki quruluşu ilə molekulların fiziki quruluşu arasındakı bu uyğunluq" əsla təsadüflərlə izah olunmayacaq qədər fövqəladə uyğunluqdur. Günəşin 1025-də 1 ehtimalla bizim üçün lazım gələn şüanı verməsi və yer üzündə bu şüadan istifadə edəcək mürəkkəb molekulların olması, əlbəttə ki, bəhs olunan uyğunluğun yaradıldığını göstərir.


Digər bir sözlə, ulduzların işıqlarına da, bitkilərin molekullarına da hakim olan tək bir Yaradıcı bütün bunları bir-birlərinə uyğun şəkildə yaratmışdır. Allah Quranda bildirildiyi kimi: “mükəmməl şəkildə yaradandır”. (Həşr surəsi, 24).

 

 

Gözlər və işıq
Bura qədər Günəşdən bizə gələn şüaların elektromaqnit şüalar intervalının üç kiçik intervalını əhatə edən çox xüsusi şüalar olduğunu gördük. Bu intervallar:
1) Görünən şüalardan kiçik dalğa uzunluğuna malik olan və Yer kürəsini isindirən yaxın infraqırmızı şüalar,
2) Görünən şüalardan böyük dalğa uzunluğuna malik olan və D vitamininin sintezi üçün lazım olan az ölçüdəki ultrabənövşəyi şüalar,
3) Həm görmə qabiliyyətini, həm də bitkilərin fotosintez əməliyyatını dəstəkləyən "görünən şüalar" intervallarıdır.


"Görünən şüalar" intervalının mövcudluğu fotosintez qədər görmə qabiliyyətinin dəstəklənməsi baxımından da olduqca əhəmiyyətlidir. Çünki bioloji bir gözün görünən şüalar (eləcə də, çox az ölçüdə yaxın infraqırmızı şüalar) istisna olmaqla hər hansı şüa növünü görməsi qeyri-mümkündür.


Bunu izah etmək üçün görmə əməliyyatının necə baş verdiyini qısa şəkildə xatırlayaq. Görmə əməliyyatı "foton" adlandırılan işıq zərrəciklərinin göz büllurundan keçərək gözün arxa tərəfində yerləşən torlu qişa təbəqəsi üzərinə düşməsiylə başlayır. Torlu qişa təbəqəsinin səthində işığa həssas hüceyrələr var. Bu hüceyrələrdən hər biri özünə tuş gələn tək bir fotonu qəbul edə biləcək qabiliyyətdədir. Fotonun enerjisi bu hüceyrələrdə yüksək miqdarda olan və "rodopsin" adlandırılan mürəkkəb bir molekulu fəaliyyətə keçirər. Rodopsin başqa molekullara təsir edər və bu molekullar başqa molekulları fəaliyyətə keçirər.72 Sonunda hüceyrədə elektrik siqnalı meydana gələr və bu siqnal sinirlər vasitəsilə beyinə ötürülər.


Diqqət yetirilsə burada sistemin ən təməl şərti, torlu qişadakı hüceyrənin fotonu qəbul edə bilməsidir. Məhz bunun baş tutması üçün, bu foton görünən şüalar intervalında qalmalıdır. Çünki daha fərqli dalğa uzunluğundakı fotonlar hüceyrələr üçün ya çox zəif, ya da çox güclü olacaqlar və lazımi reaksiyanı başlada bilməyəcəklər. Gözün ölçülərinin kiçildilməsi və ya böyüdülməsi heç nəyi dəyişdirməz. Əhəmiyyətli olan hüceyrənin uzunluğu ilə fotonun dalğa uzunluğu arasındakı uyğunluqdur.


Digər şüaları qəbul edəcək bir göz dizayn etmək isə karbon əsaslı həyatın hökm sürdüyü dünyada qeyri-mümkündür. Maykl Denton “Təbiətin taleyi” adlı kitabında bu mövzunu ətraflı şəkildə araşdırır və təbii bir gözün ancaq "görünən şüalar" intervalında görə biləcəyini bildirir. Nəzəri olaraq dizayn edilə biləcək başqa heç bir göz modelinin müxtəlif dalğa uzunluqlarını görməsi qeyri-mümkündür. Denton belə yazır:


“Ultrabənövşəyi, rentgen və qamma şüaları çox enerji daşıyırlar və yüksək dərəcədə dağıdıcıdırlar. Uzaq infraqırmızı və mikrodalğalı şüalar da həyat üçün zərərlidirlər. Yaxın infraqırmızı və radio dalğalar isə çox zəif enerjiyə sahib olduqları üçün müəyyənləşdirilə bilməzlər... Nəticədə bu ortaya çıxır ki, bir çox səbəbdən ötrü, elektromaqnit şüalar intervalının görünən şüalar intervalı bioloji görmə qabiliyyəti üçün uyğun olan yeganə intervaldır. Xüsusilə də, insan gözünə bənzər yüksək keyfiyyətli kamera oxşarı olan onurğalı gözləri üçün bu şüa intervalından başqa uyğun bir dalğa uzunluğu yoxdur”.


Bütün bunları birlikdə düşündüyümüzdə isə bu nəticəyə gələrik: Günəş elə həssaslıqla müəyyənləşdirilmiş interval aralığında şüalar yayır ki, bütün şüa növlərinin yalnız 1025-də 1-ni meydana gətirən bu interval, həm Yerin isinməsi, həm mürəkkəb canlıların bioloji funksiyalarının dəstəklənməsi, həm bitkilərin fotosintez etməsi, həm də Yer üzündəki canlıların görmə qabiliyyətinə sahib olması üçün ən ideal intervaldır.

 

Doğru ulduz, doğru planet, doğru məsafə
Əvvəlki fəsildə Yer kürəsi ilə Günəş sisteminin digər planetlərini müqayisə etmişdik. Bu müqayisə nəticəsində həyat üçün lazım gələn temperatur intervalının yalnız Yer kürəsində olduğunu görmüşdük. Bunun ən böyük səbəbi isə Yerin Günəşə ideal uzaqlıqda olması idi. Yupiter, Saturn və ya Pluton kimi uzaq planetlər həddən artıq dərəcədə soyuq, Merkuri, Venera kimi yaxın planetlər isə həddən artıq dərəcədə isti səthə malikdilər.
Belə olan halda, Yer kürəsi ilə Günəş arasındakı uzaqlığın xüsusi olaraq yaradıldığı həqiqətini qəbul etmək istəməyənlər belə məntiq qurarlar: "Kainatda Günəşdən olduqca böyük və ya daha kiçik ulduzlar var. Bunların da mütləq öz planetar sistemləri ola bilər. Əgər bu ulduzlar Günəşdən daha böyükdürlərsə, o zaman həyat üçün ideal planet, Yer kürəsi ilə Günəş arasındakı məsafədən xeyli uzaqda olacaq. Məsələn, bir qırmızı nəhəngin ətrafında Plutonun məsafəsində fırlanan bir planet bizim planetimiz kimi mülayim atmosferə malik ola bilər. Belə bir planet həyat üçün Yer kürəsi qədər əlverişli olacaq".
Bu iddia çox mühüm bir tərəfdən əsassızdır: müxtəlif kütlələrdəki ulduzların müxtəlif şüalar yayacağını nəzərə alır.


Ulduzların yaydıqları şüaların hansı dalğa uzunluqlarında olacağını müəyyənləşdirən amil bu ulduzların kütlələri və kütlələri ilə düz mütənasib olan səth temperaturlarıdır. Məsələn, Günəşin, yaxın ultrabənövşəyi şüalar, görünən şüalar və yaxın infraqırmızı şüalar yaymasının səbəbi, 6000 ⁰C-yə yaxın olan səth temperaturudur. Əgər Günəşin kütləsi bir qədər artıq olsaydı, səth temperaturu daha yüksək olardı. Belə olan halda, Günəşin yaydığı şüaların enerji səviyyələri artar və Günəş öldürücü təsirə malik ultrabənövşəyi şüaları həddən artıq yaymağa başlayardı.


Bu vəziyyət bizə həyatı dəstəkləyəcək şüaları yaya biləcək ulduzların mütləq bizim Günəşimizin kütləsinə çox yaxın kütləyə sahib olmasının zəruri olduğunu göstərir. Bu ulduzların bir planetdə həyatı dəstəkləyə bilmələri üçünsə onlar bəhs olunan planetdən, Günəş ilə Yer kürəsi arasındakı hazırkı məsafə qədər uzaqda olmalıdırlar.


Digər bir sözlə, bir qırmızı nəhəngin, mavi nəhəngin və ya kütləsi Günəşdən nəzərəçarpan dərəcədə fərqli olan başqa hər hansı bir ulduzun ətrafında fırlanan hər hansı planet həyat mənbəyi ola bilməz. Həyatı dəstəkləyəcək yeganə enerji mənbəyi Günəş kimi bir ulduzdur. Həyat üçün əlverişli olan yeganə planetar məsafə isə Yer-Günəş məsafəsidir.


Eyni həqiqət bu cür də ifadə edilə bilər: Həm Günəş, həm də Yer kürəsi tam olmaları lazım gələn şəkildə yaradılıblar. Necə ki, Allahın hər şeyi müəyyən hesablama yaratması Quranda belə bildirilmişdir:

 

Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə müəyyən hesablama ilə yaratdı. Bu, üstün və güclü olan, Bilən Allahın müəyyən etdiyi hökmdür. (Ənam surəsi, 96)

 

 

İşıq-atmosfer uyğunluğu
Bu fəslin başlanğıcından etibarən Günəşdən yayılan şüalar üzərində dayandıq və bunların həyatı dəstəkləmək üçün xüsusi olaraq yaradılmış olduqlarını araşdırdıq. Lakin bu mövzuda indiyə qədər toxunmadığımız çox mühüm bir amil daha var: bu şüalar Yer səthinə çata bilmək üçün atmosferdən keçmək məcburiyyətindədirlər.


Əgər atmosfer, bu şüaları keçirəcək quruluşa sahib olmasaydı, əlbəttə ki, bu şüaların bizə heç bir faydası olmazdı. Lakin atmosferimiz, bu faydalı şüaların keçməsinə imkan verən özünəməxsus quruluşa malikdir.


İşin əsil maraqlı tərəfi isə atmosferin bu şüaların keçməsinə imkan verməsi deyil, təkcə bu şüaların keçməsinə imkan verməsidir. Çünki atmosfer həyat üçün lazım olan görünən və yaxın infraqırmızı şüaları keçirdiyi halda həyat üçün öldürücü olan digər şüaların keçməsinə qəti şəkildə mane olur. Bu isə Günəşdən kənar mənbələrdən Yer kürəsinə çatan kosmik şüalara qarşı çox mühüm "süzgəc" rolunu oynayır. Denton bu mövzunu belə açıqlayır:
“Atmosfer qazları, görünən və yaxın infraqırmızı şüalardan tam kənarda qalan digər bütün şüaları isə çox güclü şəkildə udar. Diqqət yetirilsə, atmosferin, elektromaqnit şüalar intervalının çox sayda intervallar arasında keçməsinə imkan verdiyi yeganə şüalar görünən və yaxın infraqırmızı şüaları əhatə edən kiçik intervaldır. Demək olar ki, yer səthinə qətiyyən qamma, ultrabənövşəyi və mikrodalğalı şüalar gəlib çatmaz”.


Burada bəhs edilən quruluşun incəliyini görməmək qeyri-mümkündür. Günəş 1025-də 1 ehtimaldan yalnız bizə faydalı olan şüaları yayır, atmosfer isə onsuz da təkcə bu şüaları keçirdir (Günəşin yaydığı çox az miqdardakı yaxın ultrabənövşəyi şüaların böyük hissəsi isə ozon təbəqəsində toplanır).


Mövzunu daha da maraqlı edən digər bir xüsus isə suyun da eynilə atmosfer kimi olduqca seçici keçirmə xüsusiyyətinə malik olmasıdır. Su içində yayıla bilən şüalar yalnız görünən şüalardır. Atmosferdən keçə bilən (və istilik verən) yaxın infraqırmızı şüalar belə, suyun içində yalnız bir neçə millimetr irəliləyə bilər. Dolayısilə Yer üzündəki dənizlərdə yalnız səthdəki bir neçə millimetrlik təbəqə Günəşdən gələn şüalarla isinir. Bu istilik daha aşağıya doğru yavaş-yavaş ötürülür. Beləliklə də, müəyyən dərinlikdə, dünyadakı bütün dənizlərin temperaturu bir-birinə çox yaxın olur. Bu isə dənizdəki həyat üçün çox əlverişli bir mühit meydana gətirir.


Su ilə əlaqədar daha da maraqlı digər xüsus isə görünən şüaların müxtəlif rənglərinin də suyun içində müxtəlif məsafələrə qədər gedə bilməsidir. Məsələn, qırmızı işıq 18 metrdən artıq dərinliyə gedə bilməz. Sarı işıq 100 metr qədər dərinliyə doğru irəliləyə bilər. Yaşıl və mavi işıq isə 240 metr dərinliyə qədər enər. Bu xüsusiyyətlər olduqca əhəmiyyətlidir. Çünki fotosintez üçün lazım olan işıq əvvəlcə mavi və yaşıl işıqdır. Suyun bu işıq rəngini digərlərindən olduqca çox keçirməsi sayəsində fotosintez edən bitkilər dənizlərin 240 metr dərinliklərinə qədər yaşaya bilərlər.


Bütün bunlar çox mühüm həqiqətlərdir. İşıqla əlaqədar istənilən fiziki qanunu araşdırdığımız vaxt hər şeyin tam həyat üçün əlverişli olduğu aydın olur. Britannika Ensiklopediyasında qeyd olunan bir şərh bunun nə qədər fövqəladə vəziyyət olduğunu belə qəbul edir:


“Dünyadakı həyatın müxtəlif istiqamətləri üçün görünən şüaların nə qədər əhəmiyyət daşıdığını düşündüyümüz vaxt atmosfer və suyun işıq keçiriciliyinin bu qədər kiçik bir intervala sığışdırılmış olduğu həqiqəti qarşısında insan özünü heyrətlənməkdən saxlaya bilmir”.

 

Nəticə
Materialist fəlsəfə və ondan qaynaqlanan darvinizm, insan həyatının, kainatda təsadüfən meydana gəlmiş və heç bir məqsəd daşımayan "təsadüf" olduğunu iddia edir. Lakin inkişaf edən elmlə birlikdə ortaya çıxan məlumatlar, əslində, kainatın hər incəliyində insanın yaşamasını qarşıya məqsəd qoyan müəyyən nizam və quruluş olduğunu göstərir. Bu elə nizamdır ki, işıq kimi bəlkə də daha əvvəl heç düşünmədiyimiz ünsür belə, insanı heyrətləndirəcək qədər nəzərəçarpandır.
Bu qədər tam və mükəmməl bir nizamı "təsadüf"lə açıqlamağ cəhd etməksə ağılsızlıqdır. Günəşin elektromaqnit şüalarının ümumi elektromaqnit şüalar intervalının 1025-də 1-i qədər bir intervala sığışdırılmış olması; həyat üçün lazım olan işığın da tam bu kiçik intervalda olması; atmosfer qazlarının digər bütün şüaların keçmələrinə mane olduqları halda, təkcə bu şüaları keçirmələri və suyun da yenə digər öldürücü şüalara mane olub, bu şüalara imkan verməsi... Bu cür fövqəladə həssas tənzimləmələr təsadüflərlə deyil, ancaq yaradılışla izah oluna bilər. Bu isə bütün kainatın və bizi işıqlandırıb isidən Günəş işığı da daxil olmaqla, kainatdakı bütün təfərrüatların Allah tərəfindən yaradılıb nizamlandığını göstərir.


Elmin ortaya çıxartdığı bu nəticə, Quranda insanlara 14 əsrdən bəri öyrədilən həqiqətdir. Elm, Günəş şüasının bizim üçün yaradıldığını, digər bir sözlə, bizim "xidmətimizə verildiyini" göstərir, Quranda isə: "Günəş və Ay müəyyən hesablama ilə yaradılmışdır" (Rəhman surəsi, 5) deyilir və belə buyurulur:

 

O mərhəmətli Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 32-34)